FAYDALI MATERİALLAR

Sosial şəbəkələr şagirdə nə verə bilər?

06.12.2016

Sosial şəbəkələr və ictimai mediadan düzgün istifadə şagirdlərinizə nə verə bilər?

1. Şagirdlərinizin həqiqətən nə fikirləşdiyini başa düşərsiniz. 
Onlayn ünsiyyət real ünsiyyətdən xeyli fərqlənir. Utancaq, intravert şagirdlər ictimai mediada daha fəal iştirak edə bilərlər. Şagirdlərdən onlayn sualları cavablandırmağı xahiş etsəniz, onların gerçək fikirlərini öyrənə bilərsiniz. 

2. Aktual məlumatlara çıxışınız olar.
Sosial media insanların öz aralarında paylaşdıqlarından ibarətdir. Burada siz sinfiniz üçün maraqlı olan ən son xəbərləri və aktual mövzuları öyrənəcəksiniz. 

3. Sinfinizi tanınmış insanlarla “görüşdürə” bilərsiniz. 
Əvvəllər tanınmış insanlarla görüş təşkil etmək xeyli vaxt, əmək, müvafiq məkan tələb edirdi. İctimai media bunu təmamilə dəyişdirdi. Artıq demək olar ki, bütün tanınmış insanların öz səhifəsi var, əksəriyyəti davamçılarına şəxsən cavab yazırlar. Bu imkandan istifadə edin.

4. Sinfinizi dünyaya çıxara bilərsiniz.
İctimai medianın ən faydalı istifadə sahələrindən biri uzaqdakı insanlarla ünsiyyət qurmaqdır. Müəllimlər şagirdlərini dünyanın dörd bir yanındakı digər şagirdlərlə bir araya gətirə bilirlər. 

5. Valideynlərlə ünsiyyət qura bilərsiniz.
Sosial mediadan istifadə etməklə valideynlərlə əlaqə yarada bilərsiniz. Valideynlər uşaqlarının dərsdə öyrəndikləri haqqında məlumat almağı sevirlər. Sosial media tətil günlərində də şagirdlərlə əlaqə saxlamaqda sizə kömək edəcək.