FAYDALI MATERİALLAR

Yetkin insanın xüsusiyyətləri

30.07.2018

Abraham Maslou hesab edirdi ki, insanların yalnız 1 %-i yetkin insan xüsusiyyətlərinə malikdirlər və onlar “keyfiyyətli insan” nümunəsidirlər. Maslou həmin yetkin insanların 15 xüsusiyyətini bu cür qeyd edirdi:

1. Reallığı daha adekvat qəbul edirlər, stereotiplərdən və önyarğılardan azaddırlar, naməlum şeylərə maraq göstərirlər.

2. Özlərini və başqalarını olduğu kimi qəbul edir, yırtıcı davranış formalarından istifadə etmir və başqalarının da bu cür davranışını qəbul etmirlər.

3. Sadə və təbiidirlər. Ritual, adət və ənənələri yerinə yetirir, lakin onlara yumorla yanaşırlar. 

4. İşgüzardırlar. Belə insanlar adətən özləri ilə deyil, həyat məqsədləri ilə məşğul olurlar. Onlar bir növ filosofdurlar.

5. Bir çox hadisələrə münasibətdə uzaqdan müşahidə mövqeyi tuturlar. Bu, onlara pis hadisələri daha rahat yaşamağa kömək edir. Onlar adətən tənhalığı sevirlər.

6. Avtonomdurlar və ətrafdakılardan asılı deyillər. Frustrasiyaya dayanıqlıdırlar. 

7. Hər dəfə naməlum şeylərdə nəsə yeni bir şey tapmaq bacarıqları olur.

8. Şəxsi “Mən”in yox olması ilə xarakterizə edilən təəssüratları bol olur.

9. Bütün bəşəriyyətə bağlılıq hiss edirlər.

10. İnkişafyönümlü insanlarla dostluq edirlər; dərin münasibətlərin hökm sürdüyü dar tanışlıq dairələri var. Şəxsiyyətlərarası münasibətlərdə düşmənçilik etmirlər.

11. Münasibətlərdə demokratikliyə üstünlük verirlər. Başqalarından öyrənmək bacarıqları var. 

12. Daxili mənəvi normaların dayanıqlığı. Xeyir və şəri dərindən hiss edirlər.

13. Fəlsəfi yumor hissinə malikdirlər. Özlərinə və həyata yumor hissi ilə yanaşmağı bacarırlar. Lakin başqalarının əzabları və çatışmamazlığı onlarda heç zaman gülüş doğurmur.

14. Görəcəkləri işdən asılı olmayaraq hər işə yaradıcı yanaşmağı bacarırlar.

15. Mənsub olduğu mədəniyyətə tənqidi münasibət: yaxşı xüsusiyyətlər seçir, pislərdən imtina edirlər. Özlərini hər hansı bir mədəniyyətin deyil, bəşəriyyətin nümayəndəsi hesab edirlər.