FAYDALI MATERİALLAR

Məktəb direktoru şagird nəticələrinə təsir edir

14.05.2018

Məktəb direktoru şagird nəticələrinə təsir edir

Təhsil müəssisələrinin rəhbərlərinin hazırlığında dəyişikliklər: direktorların yeni standartları və beynəlxalq tədqiqatların nəticələri

Direktorları diqqətini xarici təlimatların yerinə yetirilməsinə deyil, pedaqogika və müəssisənin daxili qaydalarına yönəltmiş məktəblərdə uşaqlar daha yaxşı öyrənirlər. Bu nəticəyə Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Milli Tədqiqat Universitetinin tədqiqatçıları gəlmişdir. Şagird nailiyyətlərinə bir sıra amillərlə yanaşı, məktəb direktorunun idarəetmə üsulu da təsir edir. Şagird nailiyyətləri yüksək olan məktəb rəhbərləri üçün daxili problemlərin həlli və pedaqoji təcrübənin inkişafı prioritet məsələdir. MTU AİM-nin Təhsildə Liderlik İnkişafı Mərkəzinin elmi işçisi Anatoliy Kaspjakın rəhbərliyi altında Nadejda Bızik, Natalia İsayeva və Yekaterina Kukso müəyyən etmişdirlər ki, nisbətən zəif təhsil müəssisələrinin rəhbərləri xarici təlimatlara, maddi-texniki və maliyyə məsələlərinə daha çox diqqət yetirir. Bununla yanaşı, alimlər “Rusiya məktəblərində direktorların liderlik təcrübəsi müxtəlif sosial kontekslərdə şagirdlərin akademik nailiyyətlərinin əsas amili kimi” adlı məruzədə qeyd edirlər ki, məktəblərin “daxilə” meyllənməsi onlara, hətta mürəkkəb sosial iş şəraitində  “qalib olmağa” kömək edir. Təhsildə Liderlik İnkişafı Mərkəzi tərəfindən aparılan tədqiqat 6 bölgəni əhatə edir (Krasnoyarsk Vilayəti, Kalininqrad Vilayəti, Çuvaşiya Respublikası, Saxa Respublikası, Yamalo-Nenetsk Muxtar Vilayəti və Yaroslav Vilayəti). Direktorun sorğu vərəqi 377 respondent tərəfindən doldurulmuşdur. Onlara rəhbərlik təcrübəsindən 30 keys təklif edilmişdir. Əksər hallarda iki variantdan birini seçmək lazım idi. Bu variantlar təhsil müəssisəsinin daxili və xarici istiqamətlərinin göstəricisi, insan və ya problemlərə diqqət, məktəbdə təhsilin səviyyəsinin vurğulanması və ya maddi infrastruktur və s. haqqında məlumat verir.

Pedaqoji təcrübə ilə bağlı məsələlər və keys vəziyyətlər asılı dəyişənlərdir. Sərbəst dəyişən rolunda məktəbin sosial-iqtisadi statusu, təhsil alanların təhsil nailiyyətləri haqqında məlumatlar, eyni zamanda MTU AİM-də işlənib hazırlanmış Sosial Rifah İndeksi (SRİ) iştirak edir. SRİ  hər iki valideyni təhsilli olan ailələrin, hər iki valideyni işləyən ailələrin, tam ailələrin, müxtəlif qeydiyyatlarda olan uşaqların yaşadığı ailələrin payı kimi göstəriciləri özündə birləşdirir.

Uğurlu məktəblər  “introvertlərdir”

Şagirdlərin təhsil nailiyyətləri ilə ölçülən uğurlu məktəb amilləri az deyil. Onların arasında – şagird bacarığı və müəllim fəaliyyəti, sosial-iqtisadi status və təhsilalanların ailələrinin mədəni kapitalı, eyni zamanda təhsilə motivasiya edən və ya əksinə təhsildən “soyudan” məktəb və sinif mühitini qeyd etmək olar. Bu mühiti əksər hallarda məktəb direktorları yaradır. Məktəb direktorunun yaratdığı müəssisənin iş prioritetləri, hətta aşağı SRİ olan məktəblərdə də müvəffəqiyyət dərəcəsini artıra bilər. Pis şəraitə baxmayaraq, yaxşı nəticə əldə etmiş məktəbləri “rezilyent” (ətrafdakı problemlərə pozitiv adaptasiya olan, həvəsdən düşməyən, həyatsevər) məktəblər adlandırırlar. Ekspertlər onların uğur  “tərifini” müəyyən ediblər. Rezilyent məktəblər pis şəraitdə olan, daxildə direktorun təcrübəsinə yönəlmiş, lakin uğur əldə etməyən təşkilatlardan fərqlənirlər (Müqayisələr aşağıdakı cədvəldə verilmişdir). Daxilə yönəlmə səviyyəsi haqqında məlumat “b” cavablarının payı ilə müəyyən olunur. Rezilyent məktəblərdə bu göstərici daha yüksəkdir. Birinci iki sualın cavablarına görə iki qrup məktəb arasında iki dəfə fərq var.

Mənbə: N.Bısik, N.İsayev, Y.Kukso

Pedaqogikaya yönəlmiş güclü məktəblər

Tədqiqatçılar sosial konteksdən asılı olmayaraq yüksək nəticələr göstərən məktəblərin direktorlarının liderlik təcrübəsinin xarakterik xüsusiyyətlərinə də nəzər salıblar.

Şagirdlərin yüksək nailiyyətləri ilə fərqlənən məktəb rəhbərləri öz əqidələrinə daha çox riayət edir və pedaqoji təcrübəyə maksimum diqqət yönəldir. Onlar əksər hallarda öz təhsil proqramlarını saxlayır və istedadlı uşaqlarla iş zamanı yeni metodların hazırlanmasını dəstəkləyir, eyni zamanda maaşlara əlavəni hesablamaq üçün öz qiymətləndirmə modelini saxlamağa çalışırlar.

Güclü məktəblərin direktorları öz həmkarlarından daha tez-tez məktəb işləri ilə bağlı hesabatları yoxlayır və məktəbdə dərs cədvəlində olan problemləri həll edirlər. Beləliklə, şagirdlərinin yüksək akademik nəticələri olan məktəblərə “introvertlik” və pedaqoji liderlik xasdır. Nisbətən zəif məktəblər isə əksərən formal əmrlərə riayət edir və daha çox maddi infrastruktura diqqət yetirirlər. Bundan əlavə, ekspertlər qeyd edirlər ki, məktəbin fəaliyyətinin səmərəsi artdıqca direktorlar müəllimlər və valideynlər qarşısında daha çox tələblər qoyurlar.

Olqa Sobolevskaya

Rusiya Ali İqtisadiyyat Məktəbinin Milli Tədqiqat Universiteti