FAYDALI MATERİALLAR

Dünyada yoxsulluğun yarıya endirilməsi mümkündür...

17.07.2017

YUNESKO sənədləri göstərir ki, bütün insanlar orta məktəbi bitirsəydi, yoxsulluğun dərəcəsi yarıdan çox  enərdi.

YUNESKO-nun Statistika İnstitutu bir çox ölkələrdə məktəbi yarımçıq buraxanların faizlərinin yüksək olduğunu göstərir. “Beynəlxalq ibtidai və orta məktəb təhsili vasitəsilə yoxsulluq səviyyəsinin azaldılması” adlı məqalə BMT-nin Yüksək səviyyəli siyasi forumundan öncə buraxılacaq (10-19 İyul). Bu yazı 2030 Dayanıqlı İnkişaf Məqsədləri sırasında yoxsulluğun eradikasiyasını (azaldılmasını) diqqət mərkəzində saxlamağa cəhd olacaqdır. Məqalə təhsilin mühümlüyünü tanımağın hər yerdə, hər növ yoxsulluğun aradan qaldırılması üçün əsas məsələ olduğunu nümayiş etdirir.

“Təhsilin geniş əhatəli faydaları haqqında yeni çıxan analiz Dayanıqlı İnkişaf Məqsədləri üzərində işləyənlərə 2030-cu ilə qədər yoxsulluğun azaldılması üçün yaxşı xəbər olmalıdır. İnsanların ifrat yoxsulluq içərisində yaşamaması üçün konkret plan hazırlamışıq və bunun təməlində  təhsil durur. “İrina Bokova, YUNESKO-nun Baş Direktoru.

YUNESKO daxilində Qlobal Təhsil Monitorinqi (QTM) tərəfindən təhsilin yoxsulluq üzərində təsiri barədə apardığı yeni analiz 1965-ci ildən 2010-cu ilə qədər inkişaf etməkdə olan ölkələrdə təhsilin ortaq təsirlərinin artımına və yoxsulluğun azaldılmasına əsaslanır. Bütün insanlar yalnız iki il daha çox təhsil alsalar, təxminən 60 milyon insan yoxsulluqdan xilas ola bilər. Bütün insanlar orta təhsili tamamlasa, 420 milyon yoxsulluqdan azad olar.

Araşdırmalar göstərir ki, təhsil həm iqtisadi inkişafa, həm də yoxsulluğa birbaşa və dolayı təsirlərə malikdir. Təhsil insanlara sosial-iqtisadi problemlərdən qorunmaqda yardımçı olur, məşğulluq imkanları və gəlirlərini artıran bacarıqlarla təmin edir. Təhsilin daha ədalətli şəkildə genişləndirilməsi  bərabərsizliyi azaldar, yoxsulları nərdivan altından qaldırar. YUNESKO-nun  Statistika İnstitutunun yeni məlumatları göstərir ki, son illərdə məktəbdən kənarlaşma səviyyəsinin azaldılmasında demək olar ki, heç bir irəliləyiş yoxdur. Qlobal olaraq, hələ də orta məktəb  uşaqlarının 9% -i, orta və yuxarı sinif şagirdlərinin müvafiq olaraq 16% və 37% -i təhsil hüququndan məhrumdur. 2015-ci ildə ümumilikdə 264 milyon uşaq, yeniyetmə və gənc məktəbdən uzaqlaşmışdır. Bütün ibtidai sinif uşaqlarının 1/3 hissəsindən çoxunun məktəbdən kənarlaşma göstəricilərinə görə bu 6 ölkə liderlik edir: Efiopiya, Hindistan, İndoneziya, Nigeriya, Pakistan və Sudan.

Kasıb ölkələrdəki qız uşaqları isə təhsildə daha ciddi maneələrlə üzləşirlər.

Gəlir bərabərsizliyini azaltmaq üçün təhsil yoxsullara çatdırılmalıdır. Lakin QTM hesabatı göstərir ki, aşağı - orta gəlirli ölkələrdə ən az 20% kasıb ailələrin uşaqları ən zəngin 20%-ə nəzərən məktəbdən çıxmağa 8 dəfə çox meyllidir. Yoxsul ölkələrdəki ibtidai və orta məktəbdən çıxma səviyyəsi varlı ölkələrdəkinə nisbətən 9 dəfə yüksəkdir.

Məqalədə təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün ölkələrə müraciət edilərkən, ailələr üçün təhsilin birbaşa və dolayı xərclərini azaltmağın vacibliyi də vurğulanmışdır.