ELANLAR

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin nəzərinə

12.04.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlim kursu elan edir.

Təlimlərimiz nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşması istiqamətində  aparılır. Dərslər 1-6 may tarixlərində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçiriləcəkdir.

Proqramın qiyməti 50 AZN təşkil edir.

Təlimdə region məktəblərində fəaliyyət göstərən müəllimlər də iştirak edə bilərlər.

Təlim kursunu uğurla başa vuran müdavimlərə sonda hər iki institut adından sertifikat veriləcəkdir.

Təlimlərimizdə iştirak etmək üçün qeydiyyat formasını doldurmağınız xahiş olunur. Ətraflı məlumat üçün +994 55 253 37 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Yaxşı təşkil olunmuş öyrənmə mühiti uğurlu nəticənin əldə olunması üçün vacib şərtdir!

MÜRACİƏT ET