ELANLAR

"Prometan ağıllı lövhədən istifadə" təlim kursuna qeydiyyat başladı

07.04.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsildə İnnovativ Texnologiyalar (İTE) əlavə təhsil mərkəzi ilə birlikdə İnformasiya Kommunikasiya Texnologiyalarını (İKT) təhsildə səmərəli tətbiq etmək istəyən müəllimlər, tələbələr və gələcəkdə müəllim kimi işləmək istəyənlər üçün "Prometan ağıllı lövhədən istifadə" təlim kursunu təklif edir. 

Təlimlərimiz nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşması istiqamətində  aparılır. Dərslər həftəiçi və ya həftəsonu saat 10:00-da keçiriləcəkdir.  Proqramın qiyməti 50 AZN təşkil edir.

Təlim kursunu uğurla başa vuran müdavimlərə sonda TİPİİ və İTE adından ixtisasartırma sertifikatı veriləcəkdir.

Təlimlərimizdə iştirak etmək üçün qeydiyyat formasını doldurmağınız xahiş olunur. Qeyd edilən təlim proqramlarını müraciət  olunarsa regionlarda da təşkil edə bilərik. Ətraflı məlumat üçün +994 55 253 37 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Yaxşı təşkil olunmuş öyrənmə mühiti uğurlu nəticənin əldə olunması üçün vacib şərtdir!

Unutmayın ki, texnoloji alətlərlə zəngin olan dərs şagirdlərə öz qabiliyyətlərini daha  yaxşı nümayiş etdirmək üçün imkan yaradır.

MÜRACİƏT ET