ELANLAR

"YAZILI NİTQİN İNKİŞAFI" təlim kursuna qeydiyyat başladı

28.03.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə müəllim, tələbə və gələcəkdə müəllim kimi işləmək istəyənlər üçün "Yazılı nitqin inkişafı" təlim kursunu təklif edir. 

Təlimlərimiz nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşması istiqamətində  aparılır. Dərslər Mir Cəlal küçəsi 71 ünvanında Təhsil Texnologiyalar Mərkəzində keçiriləcəkdir. Proqramın qiyməti 50 AZN təşkil edir.

Təlim kursunu uğurla başa vuran müdavimlərə sonda hər iki institut adından ixtisasartırma sertifikatı veriləcəkdir.

Yazılı nitq həm öyrənənlər, həm də öyrədənlər  üçün  mürəkkəb fəaliyyət növüdür.  Siz “Yazılı nitqin inkişafı” kursunu keçməklə Azərbaycan dili və ədəbiyyat dərslərində inşa  və əməli yazıların xüsusiyyətlərini öyrənəcək, yazı texnikanızı təkmilləşdirəcək və bunun əsasında şagirdlərlə daha səmərəli işləmək üsulları öyrənəcəksiniz. Kursun təlim məşğələlərində aşağıdakı mövzular əhatə olunacaq:

1.    Niyə və nəyi yazmağı bacarmalıyıq?
2.    Yaradıcı yazıya verilən əsas tələblər və üslubiyyat məsələləri:  funksional üslublar;
3.    Mətn sintaksisi;
4.    Yaradıcı yazının janrları. İnşa (esse) yazırıq.
5.    Bədii mətn: qurulma texnikası və semantik strukturu;
6.    Yaradıcı yazının qiymətləndirilməsi: meyarlar və yazının planlaşdırılmasında yol verilən tipik səhvlər;
7.    Rəsmi-kargüzarlıq üslubu və əməli yazının növləri;
8.    Əməli yazının qiymətləndirilməsi.

Kursun müddəti 30 saatdır. Dərslər həftədə iki dəfə  olmaqla keçirilir. Kurs 5-11-ci siniflərə dərs deyən Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün nəzərdə tutulur.

Təlimlərimizdə iştirak etmək üçün qeydiyyat formasını doldurmağınız xahiş olunur. Qeyd edilən təlim proqramlarını müraciət olunarsa regionlarda da təşkil edə bilərik. Ətraflı məlumat üçün (+99412) 430 47 96  nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

MÜRACİƏT ET