ELANLAR

İKT təlimlərinə qeydiyyat başladı

07.03.2017

İnformasiya Kommunikasiya Texnologiyalarını (İKT) təhsildə səmərəli tətbiq etmək istəyən müəllimlərin, tələbələrin və gələcəkdə müəllim kimi işləmək istəyənlərin nəzərinə:

Yaxşı təşkil olunmuş öyrənmə mühiti uğurlu nəticənin əldə olunması üçün vacib şərtdir!

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu İKT-dən məqsədyönlü və ehtiyaca uyğun istifadə etmək istəyənlərə təlim proqramları  təqdim edir:

1.     “MS Office proqramlarından istifadə etməklə tədris  resurslarının hazırlanması”
2.    “İnternetdən təhsildə istifadə imkanları: Veb.2 alətləri”
3.    “Promethean” ağıllı lövhədən istifadə

Təlimlərimiz nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşması istiqamətində  aparılır. Hər proqram üçün ayrılıqda qiymət 50 AZN təşkil edir.

Təlimlərimizdə iştirak etmək üçün qeydiyyat formasını doldurmağınız xahiş olunur. Qeyd edilən təlim proqramlarını müraciət  olunarsa regionlarda da təşkil edə bilərik. Ətraflı məlumat üçün +994 55 253 37 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Unutmayın ki, texnoloji alətlərlə zəngin olan dərs şagirdlərə öz qabiliyyətlərini daha  yaxşı nümayiş etdirmək üçün imkan yaradır.

MÜRACİƏT ET