ELANLAR

"Ümumtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması" təlimi üçün QEYDİYYAT

06.08.2019

Ümumtəhsil müəssisələrində kargüzarlıq işini aparan əməkdaşların nəzərinə!

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş “Ümumtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması” layihəsi çərçivəsində təşkil olunan təlimlərə qeydiyyat başladı.

Təlimin məqsədi: katibə-kargüzarların peşə-bilik səviyyəsinin yüksəldilməsi; rəhbərlik, şagird, müəllim və valideynlərlə səmərəli ünsiyyət qurmaq bacarıqlarının inkişaf edilməsi; rəsmi-kargüzarlıq sənədləri ilə (məktub, ərizə, izahat, arayış, əmr, xasiyyətnamə, akt təqdimat, cədvəllərin qurulması, təqdimatların hazırlanması və s.) işin təşkili və tərtibində İKT bilik və bacarıqların artırılmasıdır.

10 gündən (hər gün 4 akademik saat) ibarət olan proqram aşağıdakı mövzuları əhatə edir:

  • MS Word mətn redaktoruna giriş (pəncərə ilə tanışlıq);

  • Sənəd ilə iş (sənədin yaradılması, açılması, yadda saxlanılması, adlandırılması, çapı, PDF formatına eksportu);

  • Mətn ilə iş (səhifə ilə tanışlıq, şrift parametrləri, mətnin nizamlanması, abzas parametrləri, sənəd üzrə informasiya axtarışı-əvəzetmə);

  • Əlavə etmək (şəkil əlavə etmək, şəkil ilə iş, səhifələrin nömrələnməsi, cədvəlin yaradılması və tərtibatı, “MS Excell”də sadə hesablamaların aparılması və cədvələ köçürülməsi);

  • Səhifənin maketi (səhifənin tərtibatı, səhifəyə baxış və s.);

  • Klaviatura (klavişlərin kombinasiyası);

  • Təqdimatların tərtibi (PowerPoint);

  • e-mail vasitəsi ilə işgüzar yazışma qaydası;

  • Ünsiyyət qaydaları.

Təlimlərə qruplar formalaşdıqdan sonra start veriləcək və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçiriləcəkdir.

Proqramı bitirən müdavimlərə təlimdə iştirak barədə sertifikat veriləcəkdir.

Təlimdə iştirak etmək üçün aşağıda göstərilən qeydiyyat bölməsinə daxil olaraq müraciət edə bilərsiniz.

QEYDİYYAT

Əlavə suallarınız yaranarsa, 012 430 57 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.