ELANLAR

"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramına qeydiyyat başladı

09.09.2019

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri və məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçilər üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda ixtisasartırma proqramı təklif edir.

36 akademik saatlıq proqramın ilk dərsi 17 sentyabr 2019-cu il tarixində saat 14:00-da başlayacaqdır.

Təlim gündə 4 akademik saat olmaqla 9 gün davam edəcək və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçiriləcəkdir.

Proqramın qiyməti 60 AZN-dir.

Təlimin sonunda qiymətləndirmədə iştirak edən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcəkdir.

Qeydiyyat üçün son tarix 15 sentyabrdır

Ətraflı məlumat üçün +994 55 253 37 36; 012 599 12 20 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Təlimdə iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını dolduraraq müraciət edə bilərsiniz.

QEYDİYYAT