ELANLAR

"Office 365 Təhsil" ilə vaxtınıza qənaət edin

08.12.2016

"Office 365 Təhsil" müəllimin vaxtına qənaət edir!

"Office 365 Təhsil" müəllim və şagirdlər üçün faydalı bir alətdir və tamamilə pulsuzdur. Bu alət hər şeyi vahid bir nöqtədən idarə etməyə imkan verir və dərsləri təşkil etməkdə, bölüşdürməkdə və hətta müəllimin öz həmkarları və rəhbərliklə ünsiyyət qurmasına yardım edir.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu olaraq müəllimləri "Office 365 Təhsil" alətindən istifadə etməyə dəvət edirik. Müəllimlər üçün “Office 365 Təhsil”-i pulsuz əldə etmək üçün Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə müraciət edin.

Daha ətraflı məlumat üçün "Office 365 Təhsil" aləti haqqında VİDEO izahatı izləyə bilərsiniz.