ELANLAR

İxtisasartırma təlimləri başlayır

12.11.2018

Təhsil Nazirliyinin elan etdiyi əlavə təhsil üzrə tenderin nəticələrinə uyğun olaraq, ölkəmizin bir sıra şəhər və rayonlarında dövlət vəsaiti hesabına ixtisasartırma təlimləri keçiriləcəkdir. “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”, “Yazı işinin təşkili metodikası”, “Sinfin idarə edilməsi” və “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” mövzularında ixtisasartırma proqramları üzrə təlimlərin noyabr-dekabr ayları ərzində keçirilməsi planlaşdırılır. Təlimlərin məqsədi müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları, yazı işinin təşkili, oxu strategiyaları, sinfin idarə edilməsi və s. ilə bağlı zəruri bilik və bacarıqlarını inkişaf etdirməkdir.   

Təlimlərdə iştirak etmək istəyənlər müvafiq RTŞ-yə müraciət edə bilərlər.

Xatırladaq ki, təlimlərin monitorinqi və  qiymətləndirilməsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılacaq və yekun qiymətləndirmənin nəticələrinə əsasən müdavimlərə dövlət nümunəli sertifikatlar veriləcəkdir.