ELANLAR

Qlobal Media və İnformasiya Savadlılığı Həftəsi (24-31 oktyabr)

17.10.2018

24-31 oktyabr 2018

Qlobal Media və İnformasiya Savadlılığı (MIL - Media İnformation Literacy) Həftəsi - 24-31 oktyabr 2018-ci il

Yalnış məlumat, nifrət nitqi, ekstremizm və məxfilik məsələləri bu gün informasiya və rabitə sahəsində adi hala çevrilmişdir. Məktəblər vətəndaşların, xüsusilə də gənc vətəndaşların bu məsələlərin öhdəsindən gəlməsi üçün onların media və informasiya savadlılığının artırılmasında mühüm rol oynayır.

Hər il qeyd olunan Qlobal Media və İnformasiya Savadlılığı (MIL) Həftəsi bu il 24-31 oktyabr tarixləri arasında "Media və informasiya şəhəri maarifləndirir: səslər, güc və dəyişiklik edənlər" mövzusunda keçiriləcəkdir. Rəsmi vebsayt:

https://en.unesco.org/globalmilweek2018

Onun təqdimat konfransı 24-25 oktyabrda Litvada, Gənclər Forumu isə 26 oktyabrda Latviyada keçiriləcəkdir. MIL ilə bağlı yerli bayram tədbirləri və fəaliyyətləri dünyanın dörd bir tərəfində əlaqədar şəxslər vasitəsi ilə təşkil ediləcək.

Qlobal Media və İnformasiya Savadlılığı Həftəsi 2018-ə necə qoşulmaq haqqında daha ətraflı məlumat UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvlərinə qısa müddət ərzində bildiriləcəkdir.