ELANLAR

"Məktəbdə psixoloji işin təşkili" mövzusunda ixtisasartırma təlimlərinə qeydiyyat başladı

08.10.2018

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb psixoloqları və gələcəkdə bu istiqamətdə fəaliyyət göstərməyi planlaşdıran psixoloqlar üçün "Məktəbdə psixoloji işin təşkili" mövzusunda ixtisasartırma proqramı təklif edir. Məktəblərdə fəaliyyət göstərən psixoloqların peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyan təlim gündə 4 saat olmaqla həftədə 2 dəfə keçiriləcəkdir.

36 akademik saatdan ibarət proqram bu mövzuları əhatə edir:

1. Məktəbdə psixodiaqnostika işinin təşkili;

2. Psixodiaqnostik metodların tətbiqi və qiymətləndirilməsi;

3. Psixokorreksiya işinin təşkili;

4. Şagirdlərə psixoloji dəstəyin gücləndirilməsi;         

5. Müəllim və valideynlərlə işin təşkili;

6. Yeniyetmələrlə psixoterapiya və s.

Təlimlərə qruplar formalaşdıqdan sonra start veriləcək və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçiriləcəkdir.

Təlimin sonunda qiymətləndirmədə iştirak edən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcəkdir. 

Proqramın qiyməti 60 AZN-dir.

Ətraflı məlumat üçün (+99412) 430 57 79 və ya (051) 701 43 00 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Təlimlərdə iştirak etmək üçün qeydiyyat formasını doldurmağınız xahiş olunur.

QEYDİYYAT