ELANLAR

"İxtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi" (təlimçi hazırlığı) proqramına qəbul

08.05.2018

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu “İxtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi” proqramını həyata keçirməyi planlaşdırır. Proqramın əsas məqsədi müxtəlif ixtisasartırma proqramlarında təhsilverən kimi  fəaliyyət göstərən kadrların təkmilləşdirilməsidir. Proqramda iştirak ödənişlidir.

Proqrama hazırda ali, orta ixtisas və ümumtəhsil məktəblərində işləyən müəllimlər müraciət edə bilərlər.

Namizədə verilən tələblər:

  • Ali pedaqoji təhsil;

  • Ən azı 3 il pedaqoji təcrübə;

  • Ümumtəhsil məktəbləri üçün fənlər üzrə yeni təhsil proqramları ilə yaxından tanışlıq;

  • Peşəkarlıq səviyyəsini mütəmadi təkmilləşdirmək məqsədilə müxtəlif təlim və seminarlarda iştirak;

  • Qeyd edilmiş fənlərdən biri üzrə ixtisaslaşma: Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, Tarix, Coğrafiya, Kimya, Fizika, Biologiya, İnformatika, İbtidai sinif.

Proqramda iştirak üçün seçim mərhələləri:

İlkin müraciət (CV-lər) əsasında seçim.

Namizədlərin fənn üzrə biliklərinin qiymətləndirilməsi (test).

Müsahibə.

 Ödəniş:

Ödəniş 70 manatdır. Proqram 20 akademik saat həcmində olmaqla 5 gün davam edir. Namizəd yalnız tədris etdiyi fənn üzrə müraciət edə bilər.

Yuxarıdakı tələblərə uyğun namizədlər “Mövzu” hissəsində tədris etdikləri fənnin adını qeyd etməklə əlavə olunan “Namizəd barədə məlumat vərəqi”ni telimchi@tipii.edu.az ünvanına göndərə bilərlər. Sənədin qəbulu üçün son tarix 25 may 2018-ci ildir.

Suallarınız yarandıqda 055 253 37 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Namizəd barədə məlumat vərəqi