ELANLAR

"Həyat bilgisi fənninin tədrisi metodikası" üzrə ixtisasartırma təlimlərinə qeydiyyat başladı

18.04.2018

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu “Həyat bilgisi fənninin tədrisi metodikası” mövzusunda 36 akademik saatdan ibarət ixtisasartırma proqramı təklif edir. Proqram Həyat bilgisi fənninin kurikulumu, bu dərslərin xüsusiyyətlərinə uyğun müasir təlim resursları ilə tanışılıq və s. kimi mövzuları əhatə edir və nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşdırılması istiqamətində aparılır.

Təlimlər 1 may 2018-ci il tarixindən başlayacaq və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçiriləcəkdir.

Qeyd edək ki, təlim ödənişlidir və təlim proqramının qiyməti 60 AZN-dir.

Təlimdə region məktəblərində fəaliyyət göstərən müəllimlər də iştirak edə bilərlər.

Təlimin sonunda qiymətləndirmədə iştirak edən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcəkdir.

Ətraflı məlumat üçün (012) 430-97-69; (+994 55) 875-52-03 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təlimlərdə iştirak etmək üçün qeydiyyat formasını doldurmağınız xahiş olunur.

 

QEYDİYYAT