ELANLAR

"Həyat bilgisi fənninin tədrisi metodikası" mövzusunda ixtisasartırma proqramına qeydiyyat başladı

15.01.2019

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlər üçün “Həyat bilgisi fənninin tədrisi metodikası” mövzusunda 36 akademik saatdan ibarət ixtisasartırma proqramı təklif edir. Proqram həyat bilgisi fənninin kurikulumu, bu dərslərin xüsusiyyətlərinə uyğun müasir təlim resursları ilə tanışılıq, fənn üzrə qiymətləndirmənin təşkili yolları və s. kimi mövzuları əhatə edir, nəzəri bilik və praktik bacarıqların formalaşdırılması istiqamətində aparılır.

Təlim 18 aprel 2019-cu il tarixində saat 14:30-da başlayacaq və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçiriləcəkdir.

Qeyd edək ki, təlim gündə 4 akademik saat olmaqla 9 gün davam edəcəkdir.  

Təlim proqramının qiyməti 60 AZN-dir.

Son qeydiyyat tarixi 16 apreldir.

Təlimin sonunda qiymətləndirmədə iştirak edən müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcəkdir.

Ətraflı məlumat üçün (012) 430-97-69; (+994 55) 875-52-03 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Təlimdə iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmağınız xahiş olunur.

QEYDİYYAT