ELANLAR

YUNESKO sizi online tədbirdə iştiraka dəvət edir

17.04.2018

 

     YUNESKO sizi online tədbirdə iştiraka dəvət edir. Tədbirin adı - "Changing the Face of STEM" (STEM dörd xüsusi fənn - elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə tələbə yetişdirmək fikrinə əsaslanan bir tədris proqramıdır).

   Tədbir YUNESKO ilə tərəfdaşlıqda Microsoft Avropa şirkəti tərəfindən aprelin 25-i, çərşənbə günü "Qızlar İKT günü"nün şərəfinə keçirilir. Məqsəd qızların STEM təhsili və karyeraları ilə bağlı stereotipləri qırmaqdır. Sessiyalarda STEM təhsili üzrə tədqiqatların araşdırılmasında gənclərə, müəllimlərə və təhsil siyasətçilərinə ilham verən qadınlar təqdim ediləcəkdir.  

       Sosial şəbəkələrdə #MakeWhatsNext və #GirlsCrackTheCode heştəqləri ilə danışıqlara qoşulun!