ELANLAR

Mentor kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif müəllimlərin nəzərinə:

04.01.2018

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Tərtər, Şəki, Oğuz, Qax, Şəmkir, Ağstafa, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Yevlax, Zərdab, İmişli, Ucar, Ağsu, Salyan, Astara, Yardımlı, Lerik, Biləsuvar, Saatlı, Şirvan, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Ağcəbədi rayonlarında “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” üzrə keçirilən ixtisasartırma təlimlərində mentor kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif müəllimləri üçün ödənişli təlim kursu elan edir.

Təlim kursuna kimlər müraciət edə bilər?

Təlim kursuna yalnız ali təhsilli ibtidai sinif müəllimləri müraciət edə bilər. Əlavə məlumat olaraq bildirək ki, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” üzrə ixtisasartırma təlimlərində iştirak edən və yekun qiymətləndirmə nəticəsində yüksək bal toplayan ibtidai sinif müəllimlərinə üstünlük veriləcəkdir.

Namizədə verilən tələblər:

  • Ali pedaqoji təhsil;
  • Ən azı 2 il pedaqoji təcrübə;

     Təlim kursunda iştirak üçün seçim mərhələləri:

  1. İlkin müraciət (qeydiyyat) əsasında seçim
  2. Müsahibə

      Ödəniş:

Təlim kursunda iştirak üzrə ödəniş 80 manat təşkil edir.

Yuxarıda qeyd olunan tələblərə uyğun  namizədlər təlim kursunda iştirak etmək üçün 15 yanvar 2018-ci il tarixinə qədər qeydiyyatdan keçməlidirlər.

QEYDİYYAT

Əlavə məlumat üçün (055) 253 37 36 əlaqə telefonuna zəng edə bilərsiniz.