ELANLAR

"Fizika fənninin nəzəri və praktik məsələləri" mövzusunda təlim kursuna qeydiyyat başladı.

08.12.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar və həmçinin diaqnostik qiymətləndirmədə zəif bal toplamış müəllimlər  üçün “Fizika fənninin nəzəri və praktik məsələləri” mövzusunda təlim kursu təklif edir.

Təlimlərimiz nəzəri biliklərlə yanaşı, praktik bacarıqların - məsələ həlli bacarıqlarının formalaşması istiqamətində  aparılır. Kursun müddəti 120 saatdır. Dərslər həftədə iki dəfə olmaqla dörd ay müddətinə keçirilir. Gündəlik məşğələ 4 akademik saat (90dəq+90dəq) nəzərdə tutulur. Proqramın qiyməti hər ay üçün 70 manatdır.

Dərslər Mir Cəlal küçəsi 71 ünvanında yerləşən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçiriləcəkdir.

İştirak etmək üçün QEYDİYYAT formasını  05 yanvar 2018-ci il saat 00:00-a qədər doldurmağınız xahiş olunur.

Ətraflı məlumat üçün (+99412) 430 47 96  nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.