ELANLAR

İllik Ümumdünya Mədəni İrs Gənclər Simpoziumu

17.11.2017

YUNESKO üzrə Milli Komissiyasının himayədarlığı və Açıq İnnovasiya, Elm və Mədəniyyət üzrə Avropa Mərkəzi tərəfindən 19-23 aprel 2018-ci il tarixlərində Yunanıstanın qədim Olimpiya şəhərində İllik Ümumdünya Mədəni İrs Gənclər Simpoziumu keçiriləcəkdir. 

Simpoziumun keçirilməsi  "Təhsil 2030" təşviq edən Dayanıqlı İnkişaf Məqsədlərinə bir töhfədir.

Qlobal məqsədlər: "2030-cu ilədək bütün təhsil alanların  dayanıqlı inkişafı və dayanıqlı həyat tərzi, insan hüquqları, gender bərabərliyi, sülh və qeyri-zorakılıq mədəniyyətinin təşviqi vasitəsilə dayanıqlı inkişafı təşviq etmək üçün lazım olan bilik və bacarıqları qazanmalarını təmin etmək, qlobal vətəndaşlıq və mədəni müxtəlifliyin qiymətləndirilməsi və mədəniyyətin dayanıqlı inkişafına qatqı".

Tədbirdə YUNESKO ASP şəbəkəsinə daxil olan məktəblər, digər məktəblərin 12 yaşdan yuxarı şagirdləri, müəllimləri, eyni zamanda tələbələr, təhsil və mədəniyyət təşkilatları və assosiasiyalarının nümayəndələri iştirak edəcəklər. 

Simpoziumun son günü iştirakçılar Ümumdünya Mədəniyyət İrsinin qorunması ilə bağlı qətnamə imzalayacaqlar. Qədim Olimpiya Gənclər Deklarasiyası 21 mayda, Dialoq və İnkişaf uğrunda Ümumdünya Mədəni Müxtəliflik Günündə YUNESKO-ya göndəriləcək.

Simpozium haqqında əlavə məlumatı www.olympiayouthsymposium.com səhifəsindən əldə edə bilərsiniz.