ELANLAR

"Payız məktəbi"nə qeydiyyat başladı

07.11.2017

Emosiyalara söykənən "Payız məktəbi" tətil günlərində sizi gözləyir.
 
Proqramda:
 
- Emosional zəkanın (intellektin) inkişafı;
- Təlim məqsədlərinin emosional təsnifatı;
- Emosional zorakılıq və onun profilaktikası;
- Peşəkar  yanma sindromu ilə mübarizədə oyun və art-terapiya.
 
Proqram tətil günlərində (16, 17, 18 və 20 noyabrda) hər gün 4 akademik saat olmaqla 10.00-da TİPİİ-də keçiriləcəkdir.
Təlimdə iştirak ödənişlidir (50 manat). 
Proqramda bütün fənn müəllimləri, həmçinin tələbələr, gələcəkdə müəllim işləmək istəyənlər, valideynlər iştirak edə bilər. Sonda hamını sertifikat, 1 nəfər iştirakçını isə həm də sürpriz gözləyir!