ELANLAR

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində ingilis dili kursları

18.10.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ingilis dilini 0-dan öyrənmək istəyən müəllim, tələbə, magistr və gələcəkdə müəllim işləmək istəyənlər üçün dil kursları  təklif edir. Kurslar İnstitutun "İngilis dili təlim-resurs mərkəzində" -  5000-dən çox öyrədici vəsaitin toplandığı rahat otaqlarda keçiriləcəkdir. 
Bu gün ingilis dilini bilmədən uğurlu peşə karyerası qurmaq çətindir. Dil biliyi qloballaşan dünyada  sizə gündəlik həyatda lazım olduğu qədər işinizin səmərəsini  artırmaqda da kömək edəcəkdir:
 
- siz beynəlxalq təhsil resurslarından faydalana biləcəksiniz;
- beynəlxalq təhsil seminarlarında və konfranslarda iştirak etmək, təcrübənizi bölüşmək, daha çox öyrənmək imkanı qazanacaqsınız;
- beynəlxalq müəllim müsabiqələrində iştirak etmək və qalib gəlmək imkanı da realdır.
 
Dərslər saat 15:00 - da başlayıb 1,5 saat davam edəcək. İlk dərs 7 noyabr tarixində keçiriləcək. 
 
Həftədə 2 dəfə olmaqla, ayda 8 dərs planlaşdırılır.
 
Ödəniş 30 AZN təşkil edir.