ELANLAR

Yeni ixtisasartırma proqramlarının sınaq təlimlərinə qeydiyyat başladı

02.10.2017

Əziz müəllimlər, Sizi yeni ixtisasartırma proqramlarının sınaq təlimlərində iştirak etməyə dəvət edirik. Bu təlimlərdə iştirak etməklə Siz təklif olunan proqramlar üzrə bilik və bacarıqlara yiyələnəcəksiniz.

Bildirək ki, təlim kurslarında iştirak ödənişsizdir və təlimlər oktyabr ayından başlayaraq həftədə 1 dəfə olmaqla keçiriləcəkdir. Təlim kursunu bitirən iştirakçılara təlimin sonunda müvafiq sertifikatlar təqdim olunacaq.

Əlavə olaraq qeyd edək ki, hər müəllim aşağıda adları qeyd olunan 5 təlim proqramının yalnız birində iştirak edə bilər.

  1. Sinfin idarəedilməsi

Həftənin I günü, saat 14:00-18:00

  1. İbtidai təhsildə oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası

 Həftənin II günü, saat 14:00-18:00

  1. İbtidai siniflərdə yazı işinin təşkili

Həftənin II günü, saat 14:00-18:00

  1. Məktəbəhazırlıq qruplarında öyrədici və inkişafetdirici mühitin təşkili

Həftənin V günü, saat 14:00-18:00

  5. Məktəbəhazırlıq dövründə didaktik oyunlardan istifadə

Həftənin V günü, saat 14:00-18:00

Ətraflı məlumat üçün əlaqə nömrələri:

(012) 430 90 81

(055) 253 37 36

Qeydiyyat