ELANLAR

Direktorlar və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elanı

02.10.2017

Təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyada işləyən direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək.

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir.

 

Təlimdə əhatə ediləcək mövzular:

  • Təhsildə keyfiyyətin idarəedilməsi;
  • Təhsili idarəetmənin hüquqi əsasları;
  • Kompüter və təlim texnologiyaları;
  • Təhsildə statistika və təhlil;
  • Təhsilin idarəedilməsi və monitorinqi;
  • Təhsili idarəetmənin  psixoloji əsasları;
  • Kurikulum: nəzəriyyə və tətbiq;
  • Təhsildə maliyyənin idarəolunması.

Müsabiqədə iştirak üçün minimum tələblər:

  • Ali pedaqoji təhsil;
  • 5 (beş) il pedaqoji iş təcrübəsi.

Namizədlərdən gözlənilən digər keyfiyyətlər:

  • Liderlik bacarığı;
  • Yüksək motivasiyalılıq;
  • Səmərəli qərar qəbuletmə bacarığı;
  • Nəticəyönümlülük;
  • İKT-dən istifadə bacarığı;
  • Məntiqi düşüncə bacarığı.

 

Müraciət qaydası:

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar: http://bit.ly/2fLf2bw

Müraciət üçün son tarix: 12 oktyabr 2017-сi il

Seçim qaydaları:

I mərhələ: http://bit.ly/2fLf2bw linki vasitəsilə elektron qeydiyyatın aparılması;

II mərhələ: Elektron qeydiyyatdan keçərək müsabiqənin tələblərinə uyğun gələn şəxslərin məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi;

III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi.

Yekun qiymətləndirmə:

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.