ELANLAR

"Nitq qüsurlarının korreksiyası" mövzusunda ixtisasartırma proqramına qeydiyyat başladı

28.07.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu İTE – Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil müəssisəsi ilə əməkdaşlıqda “Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma proqramı  təklif edir.

Proqram məktəbəqədər və kiçik yaşlı məktəblilər arasında  ən geniş yayılmış nitq qüsuru - dislaliya  haqqında geniş bilikləri əks etdirir. Dislaliyalı uşaqların dərs prosesində müayinəsi metodlarını və qusurun korreksiyası üsullarını, xırda motorikanı inkişaf etdirmək və  uşaqları yazı prosesinə  hazırlamaq üçün bir sıra əyani vəsaitdən istifadə metodlarını öyrədir.

18 saatlıq  proqram xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar, orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəqədər hazırlıq  qruplarında dərs deyəcək müəllimlər və digərləri üçün nəzərdə tutulub.

Təlimlər 21 – 25 avqust tarixlərində  hər gün keçiriləcəkdir. Ödəniş  50 AZN-dir.

 

QEYDİYYAT