ELANLAR

Yay məktəbinə qeydiyyat başladı

21.06.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu bu günün və sabahın müəllimləri (tələbələr, işsiz məzunlar) üçün Yay məktəbi təşkil edir. Proqramın məqsədi qeyri-formal təhsil formasında təhsilverənlərin peşə səriştələrinin artırılmasıdır.

 Yay məktəbinin proqramına  aşağıdakılar daxildir:

1.Müasir təhsilin fəlsəfəsi
2.Tədrisin məzmun  standartları əsasında  təşkili
3.Qiymətləndirmə vasitələrinin hazırlanması
4.Qeyri-ənənəvi rəsmçəkmə texnikaları
5.Yazılı nitqin inkişafı
6.Sinfin idarəolunması
7.Hiperaktiv uşaqlarla  işin təşkili
8.Didaktik oyunlardan  istifadə texnikası.

Yay məktəbi 3-7 iyul tarixlərində, hər gün saat 14.00-18.00-dək TİPİİ-də keçiriləcəkdir. Bütün iştirakçılar TİPİİ tərəfindən sertifikatla təltif ediləcəkdir. Sonda iştirakçılardan bir nəfəri surpriz gözləyir.

 İştirak ödənişlidir (50 AZN)

Yay məktəbində iştirak etmək üçün QEYDİYYAT formasını doldurmağınız xahiş olunur. Ətraflı məlumat üçün (+99412) 430 57 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.