ELANLAR

"Yay məktəbi"nə qeydiyyat başladı

07.08.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu bu günün və sabahın müəllimləri (tələbələr, işsiz məzunlar) üçün Yay məktəbi təşkil edir. Aşağıdakı mövzularla maraqlanan bütün müəllimlər müraciət edə bilər.

 Yay məktəbinin proqramına  aşağıdakılar daxildir:

1.Müasir təhsilin fəlsəfəsi
2.Tədrisin məzmun  standartları əsasında  təşkili
3.Qiymətləndirmə vasitələrinin hazırlanması
4.Qeyri-ənənəvi rəsmçəkmə texnikaları
5.Yazılı nitqin inkişafı
6.Sinfin idarəolunması
7.Hiperaktiv uşaqlarla  işin təşkili
8.Didaktik oyunlardan  istifadə texnikası.

Yay məktəbi 21 - 25 Avqust tarixlərində, hər gün saat 14.00-18.00-dək TİPİİ-də keçiriləcəkdir. Bütün iştirakçılar TİPİİ tərəfindən sertifikatla təltif ediləcəkdir. Sonda iştirakçılardan bir nəfəri surpriz gözləyir.

 İştirak ödənişlidir (50 AZN)

Yay məktəbində iştirak etmək üçün QEYDİYYAT formasını doldurmağınız xahiş olunur. Ətraflı məlumat üçün (+99412) 430 57 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.