ELANLAR

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinə qeydiyyat başladı

15.11.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər, ibtidai sinif və məktəbəqədər müəssisələrdə çalışan müəllim və tərbiyəçilər üçün təlim kursu elan edir.

Təlimlərimiz nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşması istiqamətində aparılır. Dərslər 24 Noyabr tarixindən etibarən hər həftənin cüməşənbə günlərində, saat 14:00-da Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda keçiriləcəkdir.

Proqramın qiyməti 60 AZN təşkil edir.

Təlimdə region məktəblərində fəaliyyət göstərən müəllimlər də iştirak edə bilərlər.

Təlimi uğurla başa vuran müdavimlərə ixtisasartırma təhsili haqqında dövlət nümunəli sertifikat veriləcəkdir.

Təlimlərimizdə iştirak etmək üçün qeydiyyat formasını doldurmağınız xahiş olunur. Ətraflı məlumat üçün +994 55 253 37 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Yaxşı təşkil olunmuş öyrənmə mühiti uğurlu nəticənin əldə olunması üçün vacib şərtdir!

QEYDİYYAT