ELANLAR

"İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi" mövzusunda seminara qeydiyyat

08.05.2017

Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi olan "Şərq tərəfdaşlığı ölkələrində demoktarik vətəndaşlıq və insan hüquqları təhsilinin dəstəklənməsi" layihəsi  çərçivəsində "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi" mövzusunda 8 günlük seminar keçiriləcəkdir. 

Seminarı Avropa Şurasının təhsil ekspertləri Olena Stislavska və Majena Rafalska aparacaqdır. 8 günlük təlim proqramının I hissəsi 15-18 iyun, II hissəsi 5-8 sentyabr 2017-ci il tarixlərində keçiriləcəkdir. Təlimdə iştirak etmək istəyən ibtidai sinif müəllimləri 31 may saat 18.00-dək QEYDİYYATdan keçməlidir. Qeydiyyatdan keçmiş namizədlərlə 1 -13 iyun tarixlərində TİPİİ-də müsahibə aparılacaqdır.  Müsahibənin nəticələrinə əsasən 30 nəfər ibtidai sinif müəllimi seminarda iştirak hüququ qazanacaqdır.