ELANLAR

"Səs tələffüzü qüsurlarının korreksiyası" təlim kursuna qeydiyyat başladı

05.05.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri, yardımçı məktəb müəllimləri və tərbiyəçiləri, ibtidai sinif müəllimləri, korrekçion pedaqogika fakültəsinin tələbələri  üçün "Səs tələffüzü qüsurlarının korreksiyası" təlim kursunu təklif edir.

Təlimlərimiz nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşması istiqamətində  aparılır. Kursun müddəti 18 saatdır. Dərslər 12 - 16 iyun tarixlərində keçiriləcəkdir. Proqramın qiyməti 50 AZN təşkil edir.

Dərslər Mir Cəlal küçəsi 71 ünvanında yerləşən Təhsil Texnologiyalar Mərkəzində keçiriləcəkdir.

Təlimlərimizdə iştirak etmək üçün qeydiyyat formasını 9 iyun saat 12:00-a qədər doldurmağınız xahiş olunur. Qeyd edilən təlim proqramlarına müraciət olunarsa, regionlarda da təşkil oluna bilər.

Ətraflı məlumat üçün (+99412) 430 57 79 və (+99450) 280 03 30  nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

QEYDİYYAT