ELANLAR

"Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" təlim kursu

25.04.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə ibtidai sinif və məktəbəqədər müəssisələrdə çalışan müəllimlər, tələbə və gələcəkdə müəllim kimi işləmək istəyənlər üçün "Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" təlim kursunu təklif edir.

Təlimlərimiz nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşması istiqamətində  aparılır. Kursun müddəti 30 saatdır. Dərslər həftədə bir dəfə  olmaqla keçirilir. Kurs məktəbəqədər müəssisələrdə və ibtidai siniflərdə dərs deyən  müəllimlər üçün nəzərdə tutulur. Proqramın qiyməti 60 AZN təşkil edir.

Rəsm çəkmək uşaqların ən sevdiyi fəaliyyət növüdur. Hələ Aristotel deyirdi ki, rəsmçəkmə uşağın hərtərəfli inkişafına təkan verir. Rəsm dərslərində alternativ üsullardan istifadənin əhəmiyyəti və vacibliyi ondan ibarətdir ki, uşaqların emosional əhvalına müsbət təsir göstərir və kiçik motorika inkişaf edir. Siz “Qeyri-ənənəvi rəsmçəkmə texnikaları” kursunu keçməklə, rəsm məşğələrinizi daha maraqlı və faydalı edəcəksiniz, rəsmçəkmə qabiliyyətinizi daha təkmilləşdirəcək və bunun əsasında şagirdlərlə daha səmərəli işləmək üsulları öyrənəcəksiniz.

Kursun təlim məşğələlərində aşağıdakı mövzular əhatə olunacaq:

1. Ümumi təsviri sənətin nəzəri əsasları

2. Barmaqlarla müxtəlif rəsmçəkmə üsulları

3.”Puantizm” texnikası

4.”Ştampinq” texnikası

5.”Qrattaj” texnikası

6.”Monotipiya” texnikası

7.”Plastilinoqrafiya” texnikası

8.”Enkaustika” texnikası

9. Applikasiya

10. Rəqəmlərlə, hərflərlə, fiqurlarla rəsm çəkmə texnikası

Dərslər Mir Cəlal küçəsi 71 ünvanında yerləşən Təhsil Texnologiyalar Mərkəzində keçiriləcəkdir.

Təlimlərimizdə iştirak etmək üçün QEYDİYYAT FORMASINI  7 may saat 24:00-a qədər doldurmağınız xahiş olunur. Qeyd edilən təlim proqramlarına müraciət olunarsa, regionlarda da təşkil oluna bilər.

Ətraflı məlumat üçün (+99412) 430 47 96  nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.