ELANLAR

İbtidai sinif müəllimləri üçün "Yazılı nitqin inkişafı" kursu

17.04.2017

Yazılı nitq həm öyrənənlər, həm də öyrədənlər üçün mürəkkəb fəaliyyət növüdür. Siz “Yazılı nitqin inkişafı” kursunu keçməklə inşa və əməli yazıların xüsusiyyətlərini öyrənəcək, yazı texnikanızı təkmilləşdirəcək və bunun əsasında şagirdlərlə daha səmərəli işləmək üsulları öyrənəcəksiniz. Kursun təlim məşğələlərində aşağıdakı mövzular əhatə olunacaq:

1. Niyə və nəyi yazmağı bacarmalıyıq?
2. Yaradıcı yazıya verilən əsas tələblər və üslubiyyat məsələləri: funksional üslublar;
3. Mətn sintaksisi;
4. Yaradıcı yazının janrları. İnşa yazırıq.
5. Bədii mətn: qurulma texnikası və semantik strukturu;
6. Yaradıcı yazının qiymətləndirilməsi: meyarlar və yazının planlaşdırılmasında yol verilən tipik səhvlər;
7. Rəsmi-kargüzarlıq üslubu və əməli yazının növləri;
8. Əməli yazının qiymətləndirilməsi.

Kursu bitirən müdavimlər sertifikatla təmin olunacaq. Kursun müddəti 30 saatdır. Dərslər həftədə iki dəfə üç saat olmaqla II və IV günlər aparılacaq. Kurs ibtidai sinif müəllimləri üçün nəzərdə tutulur.

Təlimlərimiz nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşması istiqamətində aparılır. Təlim kursunun qiymət 50 AZN təşkil edir.

Təlimlərimizdə iştirak etmək üçün QEYDİYYAT formasını doldurmağınız xahiş olunur. Qeyd edilən təlim proqramlarını müraciət olunarsa regionlarda da təşkil edə bilərik. Ətraflı məlumat üçün (+99412) 430 47 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.